Milli Məclisin İntizam komissiyasının üzvlərinin hüquq və vəzifələri məlum olub.
“Report” xəbər verir ki, bu barədə İntizam komissiyasının Əsasnamə layihəsində qeyd edilib.
Layihədə qeyd edilib ki, İntizam komissiyasının üzvlərinin aşağıdakı hüquqları var:
- Daxil olan müraciətlər və təqdimatlar, habelə aşkan olunan məlumatlar haqqında dərhal məlumatlandırılmaq;
- İntizam komissiyasının iclasının günü və saatı barədə vaxtında xəbərdar edilmək;
- İntizam komissiyasının iclasında səsvermədə iştirak etmək;
- Müvafiq sahədə “Milli Məclisin deputatının statusu haqqında”, “Milli Məclis deputatının etik davranış qaydaları haqqında”, Daxili Nizamnamədə və bu əsasnamədə göstərilən digər hüquqları həyata keçirmək;
İntizam komissiyasının üzvlərinin aşağıdakı vəzifələri var:
- Konstitusiya və qanunları rəhbər tutmaq;
- İntizam komissiyasının iclaslarında və komissiyada baxılan məsələlərlə əlaqədar keçirilən Milli Məclisin iclaslarında iştirak etmək;
- İntizam komissiyasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda bu barədə dərhal komissiyaya məlumat vermək, komissiyanın müvafiq qərarı olduğu halda həmin məsələ ilə əlaqədar keçirilən iclasda iştirak etməmək;
- Müvafiq sahədə “Milli Məclisin deputatının statusu haqqında”, “Milli Məclis deputatının etik davranış qaydaları haqqında”, Daxili Nizamnamədə və bu əsasnamədə göstərilən digər vəzifələri yerinə yetirmək;