İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi təsdiqlənib

İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi təsdiqlənib İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tədqiqat Mərkəzinin Nizamnaməsi təsdiq edilib.
Milli Məclis
1 fevral 2023 08:50
İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi təsdiqlənib

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tədqiqat Mərkəzinin Nizamnaməsi təsdiq edilib.

"Report" xəbər verir ki, “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

“İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi” 2021-ci il martın 4-də keçirilmiş 14-cü Zirvə Toplantısı zamanı imzalanıb. Nizamnaməyə əsasən Tədqiqat Mərkəzi İƏT-in əsas fəaliyyət istiqamətləri üzrə tədqiqatlar aparılması üçün təşkilatın beyin mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəzin Qərargahı Bakı şəhərində yerləşir. İƏT-in Tədqiqat Mərkəzi Qəyyumlar Şurası, Elmi Şura və İcra Komitəsindən ibarət olacaq.

Qanun layihəsi səsverməyə qoyularaq təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi