İstintaq edilən cinayət işləri ilə bağlı qanunvericilik təkmilləşdirilir

İstintaq edilən cinayət işləri ilə bağlı qanunvericilik təkmilləşdirilir Bununla bağlı “Prokurorluq haqqında” qanuna dəyişiklik edilir
Milli Məclis
6 Noyabr , 2017 12:47
İstintaq edilən cinayət işləri ilə bağlı qanunvericilik təkmilləşdirilir
Baş prokuror Zakir Qaralov / Report

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycanda istintaq edilən cinayət işləri ilə bağlı qanunvericilik təkmilləşdirilir.

“Report”un xəbərinə görə, bununla bağlı “Prokurorluq haqqında” qanuna dəyişiklik edilir.

Belə ki, qanun qəbul olnacağı təqdirdə Baş prokuror istintaq edilən cinayət işləri haqqında Azərbaycan Prezidentinə məlumat verməyəcək.

Layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Qanunun hazırda qüvvədə olan 44-cü (Azərbaycan dövləti başçısının məlumatlandırılması) maddəsində deyilir: “Azərbaycan Respublikasının Baş prokuroru Azərbaycan dövlətinin başçısına – Azərbaycan Respublikasının Prezidentinə prokurorluğun fəaliyyəti haqqında məlumat verir”.

Maddədə də edilən dəyişikliyə əsasən, məlumatlar istintaq edilən cinayət işləri istisna olmaqla, veriləcək. 

Layihədə bildirilib ki, Azərbaycan Konstitusiyasına müvafiq olaraq Azərbaycan dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, İcra hakimiyyətini Azərbaycan Prezidentinə mənsubdur, Məhkəmə hakimiyyətini isə Azərbaycan məhkəmələri həyata keçirir. Azərbaycan Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla vahid mərkəzləşdirilmiş orqandır. Konstitusiya bu orqanın qanunvericilik və İcra hakimiyyəti orqanlarından hər hansı asılılığını istisna edir. Bundan əlavə, "Prokurorluq haqqında" qanunun 43-cü və 44-cü maddələrinin mətnində söhbət nəzarətdən deyil, məlumatlandırmadan gedir. Avropa Şurasının "Korrupsiyaya qarşı dövlətlər qrupu" (GRECO) "Prokurorluq haqqında qanunun bu müddəalarına diqqət yetirərək belə bir dəyişikliyi təklif edir. Dəyişikliyin əsas məqsədi qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi