İsa Həbibbəyli: "Təmayüllü qrupların yaradılması repetitorlarla mübarizədə bir variantdır"

İsa Həbibbəyli: "Təmayüllü qrupların yaradılması repetitorlarla mübarizədə bir variantdır" “Yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı təklif edilmişdi ki, özəl təhsil müəssisələrində təhsil alanların da tibbi müayinəsi ödənişsiz həyata keçirilsin. Amma, bu, məqsədəuyğun hesab edilmədi”.
Milli Məclis
13 Mart , 2019 14:50
İsa Həbibbəyli: Təmayüllü qrupların yaradılması repetitorlarla mübarizədə bir variantdır

“Yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı təklif edilmişdi ki, özəl təhsil müəssisələrində təhsil alanların da tibbi müayinəsi ödənişsiz həyata keçirilsin. Amma, bu, məqsədəuyğun hesab edilmədi”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib.

O qeyd edib ki, özəl təhsil müəssisələrində təhsil alanlar müəyyən qədər ödəniş edirlər: “Tibbi müayinənin pullu olması gərginlik yaratmaz. Çünki bu, simvolik vəsaitdir. Bu baxımdan bu təklif qanuna daxil edilmədi”.

Komitə sədri vurğulayıb ki, repetitorların qarşısını almaq üçün müəllimlərin maaşının artırılması məsələsi qaldırılmışdı: “Əməkhaqqı Prezidentin sərəncamı ilə artırılır. Ardıcıl olaraq təhsil işçilərinin əməkhaqqı artırılır. Bu istiqamətdə sosialyönümlü siyasət həyata keçirilir. Qanunda olan təmayüllü qrupların yaradılması repetitorlarla mübarizədə bir variantdır”.

Son xəbərlər

Orphus sistemi