Milli Məclisin bu gün keçirilən plenar iclasında "İnzibati icraat haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
“Report”un xəbərinə görə, "İnzibati icraat haqqında" qanuna yeni 27.2-1-ci bənd əlavə olunub.
Yeni bəndə əsasən, inzibati icraatda iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) xidmətləri ilə təmin ediləcəklər. Bu halda ixtisaslaşmış vasitəçilər (qiraətçilər və peşəkar surdo tərcüməçilər) bu qanunun məqsədləri üçün tərcüməçi hesab olunacaqlar.
Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.