Yuxarı

İnstitut direktoru bəzi həkimləri vərəm xəstəliyini düzgün müalicə etməməkdə günahlandırıb

Həqiqət Qədirova: Elə “həkim”lər var öhdəliklərini, andlarını pozurlar, düzgün müalicə aparmırlar
© Report — Elmi-Tədqiqat Ağçiyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova

Bakı. 30 yanvar. REPORT.AZ/ “Vacib məsələlərdən biri vərəm xəstəliyinin dərmanlara davamlılığıdır. Bir var ki, çoxsaylı dərmanlara davamlı vərəm, bir də onun ən çətin forması geniş sayda dərmanlara davamlı vərəm. Bu məsələ ilə bağlı problemlər var. Təəssüflər olsun ki, vərəm xəstəliyi ilə bağlı dünyanın 30, Avropanın 17 ölkəsi arasında Azərbaycanın adı səslənib”.

“Report”un xəbərinə görə, bunu parlamentdə keçirilən “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmədə Elmi-Tədqiqat Ağçiyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

O bildirib ki, Avropanın ümumi göstəricilərində bu xəstəliyin 2 faizi Azərbaycanın payına düşür: “Bu xəstəliyin əmələ gəlməsinin əsas səbəbi düzgün müalicənin aparılmamasıdır. Xəstələrin qeydiyyatdan kənar müalicə olunması düzgün deyil. Elə “həkim”lər var öhdəliklərini, andlarını pozurlar, düzgün müalicə aparmırlar. Çünki bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tamamilə yeni protokolları var, vərəmin diaqnozu və müalicəsi tamam başqa üsullarla aparılır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi