İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı parlamentin plenar iclasına tövsiyə olunub

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı parlamentin plenar iclasına tövsiyə olunub Bakı. 2 may. REPORT.AZ/ Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
Milli Məclis
2 May , 2018 15:11
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı parlamentin plenar iclasına tövsiyə olunub

Bakı. 2 may. REPORT.AZ/ Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatı müzakirə olunub.

Məlumatı Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov təqdim edib.

Daha sonra deputatlar müzakirələr aparıblar, təkliflərini irəli sürüblər.

Sonda sənəd parlamentin plenar iclasına tövsiyə olunub.

Xatırladaq ki, sənədin parlamentin mayın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılaraq qəbul ediləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi