Azərbaycanda ilkin hərbi qeydiyyata alınan 16 yaşından yuxarı vətəndaşlardan sənədlər onlayn qaydada qəbul ediləcək

Azərbaycanda ilkin hərbi qeydiyyata alınan 16 yaşından yuxarı vətəndaşlardan sənədlər onlayn qaydada qəbul ediləcək Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası keçirilib.
Milli Məclis
17 Yanvar , 2019 17:29
Azərbaycanda ilkin hərbi qeydiyyata alınan 16 yaşından yuxarı vətəndaşlardan sənədlər onlayn qaydada qəbul ediləcək

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda 1990-cı ilin qanlı 20 Yanvar hadisələrində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Komitənin gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin təsdiq edilməsi barədə”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunlarda, Seçki Məcəlləsində və “1994-cü il 23 sentyabr tarixli 886 nömrəli qanunla təsdiq edilmiş “Silahlı Qüvvələrin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə olunub.

Bu sənədlərdə edilən dəyişiklikləri şərh edən komitə sədri, parlament sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, qanun layihələri qanunvericiliyə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, 2016-cı il sentyabrın 26-da ölkədə keçirilmiş referendumla Azərbaycan Konstitusiyasına xeyli sayda əlavə və dəyişikliklər edilib. Həmin dəyişikliklərdən biri də Konstitusiyanın 9-cu maddəsinə edilən dəyişikliyə müvafiq olaraq “Sərhəd mühafizə orqanları haqqında” qanuna edilən dəyişikliklərdir. Bu qanunlarda edilən dəyişikliklərin mahiyyəti həmin qanuna uyğunlaşdırmaya xidmət edir.

Z.Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərlə bağlı deyib ki, sənədə edilən dəyişikliklər ilkin hərbi qeydiyyata alınan 16 yaşından yuxarı vətəndaşlardan tələb olunan sənədlərin onlayn qaydada qəbul edilməsi qaydalarını tənzimləyəcək.

Dəyişiklik layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Son xəbərlər

Orphus sistemi