İƏT-in baş katibi parlament seçkiləri ilə bağlı Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirib

İƏT-in baş katibi parlament seçkiləri ilə bağlı Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirib "Seçicilərin yüksək fəallığı onların Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə öz töhfəsini vermək istəyinin bariz nümunəsidir"
Milli Məclis
3 Noyabr , 2015 11:31
İƏT-in baş katibi parlament seçkiləri ilə bağlı Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirib

Bakı. 3 noyabr. REPORT.AZ/ "İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan hökumətini və Azərbaycan xalqını parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edir". "Report" xəbər verir ki, İƏT-in baş katibi İyad bin Amin Madaninin bəyanatında belə deyilir.

"Baş katib seçkilərin dinc və nizamlı davranış qaydasında keçirilməsi ilə əlaqədər məmnunluğunu ifadə edib. O qeyd edib ki, seçicilərin yüksək fəallığı onların Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə öz töhfəsini vermək istəyinin bariz nümunəsidir", - bəyanatda deyilir.

İyad bin Amin Madani seçkilərin keçirilməsində Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirib. O xatırladıb ki, İƏT missiyası da noyabrın 1-dəki seçkilərdə müşahidəçi rolunda çıxış edib.

Son xəbərlər

Orphus sistemi