İcra katibi: "YAP-ın namizədlər siyahısında tanınmış simalar olacaq"

İcra katibi: "YAP-ın namizədlər siyahısında tanınmış simalar olacaq" Bu gündən qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır.
Milli Məclis
11 Dekabr , 2019 10:53
İcra katibi: YAP-ın namizədlər siyahısında tanınmış simalar olacaq

"Bu gündən qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır".

"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi-sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, YAP vaxtı çatanda öz siyahısını elan edəcək: "Bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçirəcək. Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Zamanı çatanda siyahı açıqlanacaq. Bu, elə vaxt olacaq ki, gec olmayacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni simalar və əvvəlki tərkibində olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar".

Son xəbərlər

Orphus sistemi