İcbari tibbi müayinə paketinə yeni xəstəliklər daxil edilə bilər

İcbari tibbi müayinə paketinə yeni xəstəliklər daxil edilə bilər Bakı. 22 yanvar. REPORT.AZ/ Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev hepatit B və C qrupları üzrə xəstəliklərin icbari tibbi müayinə paketinə daxil edilməsini təklif edib.
Milli Məclis
22 yanvar 2018 08:32
İcbari tibbi müayinə paketinə yeni xəstəliklər daxil edilə bilər

Bakı. 22 yanvar. REPORT.AZ/ Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev hepatit B və C qrupları üzrə xəstəliklərin icbari tibbi müayinə paketinə daxil edilməsini təklif edib.

“Report”un xəbərinə görə, M.Quliyev deyib ki, bunun üçün Ailə Məcəlləsinə müvafiq əlavə və dəyişiklik edilməlidir.

O qeyd edib ki, müvafiq dövlət qurumları, o cümlədən Milli Məclis bu məsələni müzakirə etməlidir.

Qeyd edək ki, hazırda nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir.

Son xəbərlər

Orphus sistemi