Parlamentdən "Report"a verilən məlumata görə, gündəliyə 9 məsələ daxil edilib.
Komitənin sədri
İclasda Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid məlumat verib ki, iyul ayında bu sənədin ictimai müzakirəsi təşkil olunub. Müzakirədə xeyli təklif səslənib. Birinci oxunuşdan sonra qanun layihəsində 30 dəyişiklik edilib.
Sonra komitəyə dəvət olunmuş hüquqşünasların rəyləri dinlənilib.
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Hafiz Həsənov “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi barədə fikirlərini bildiriblər.
Deputatlar Elşən Musayev,
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” (üçüncü oxunuş), “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” (üçüncü oxunuş), “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (üçüncü oxunuş) qanun layihələrinə də baxılıb. Qərara alınıb ki, bu qanunların beşi də plenar iclasa təqdim edilsin.
Deputatlar ikinci oxunuşa çıxarılan qanun layihələrinə də müsbət münasibət bildiriblər. Qərara alınıb ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələlər də parlamentin müzakirəsinə təqdim olunsun.