Yuxarı

Hesabat: Ötən il 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilib

Bakı. 19 aprel. REPORT.AZ/ Ötən il apellyasiya və birinci instansiya məhkəmələrinin 20 hakiminin səlahiyyətlərinə xitam verilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində bildirilib.

Məruzədə qeyd olunub ki, məhkəmə fəaliyyətində mövcud problemlərə də ciddi diqqət ayrılıb, vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq keçən il apellyasiya və birinci instansiya məhkəmələrinin 20 hakiminin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilib.

Qeyd edək ki, illik məruzə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi