Həqiqət Qədirova: "Vərəmlə bağlı laboratoriyaların sayı artırılmalıdır"

Həqiqət Qədirova: "Vərəmlə bağlı laboratoriyaların sayı artırılmalıdır" “Azərbaycanda keçid dövründə vərəmli xəstələrin sayı artmışdı, amma son illərdə yoluxma sayında stabilləşmə müşahidə edilir. Son iki ildə hətta həm ilkin, həm də təkrar vərəmli xəstələrin xəstələnmə göstəricisində azalma var”.
Milli Məclis
14 Mart , 2019 16:35
Həqiqət Qədirova: Vərəmlə bağlı laboratoriyaların sayı artırılmalıdır

“Azərbaycanda keçid dövründə vərəmli xəstələrin sayı artmışdı, amma son illərdə yoluxma sayında stabilləşmə müşahidə edilir. Son iki ildə hətta həm ilkin, həm də təkrar vərəmli xəstələrin xəstələnmə göstəricisində azalma var”.

“Report” xəbər verir ki, bunu Milli Məclisdə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr edilən dinləmədə Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun direktoru Həqiqət Qədirova deyib.

Onun sözlərinə görə, vərəmlə bağlı laboratoriyaların sayı artırılmalıdır: “Bundan başqa, hazırda icbari tibbi sığortaya keçilir. Amma vərəmli xəstələrin necə sığortalanacağı, bu xəstəliyin sığorta paketinə daxil olub-olmayacağı hələ də bəlli deyil. Digər tərəfdən, bu sahədə işləyən həkimlərin, orta tibb işçilərinin maaşlarının artırılması vacibdir. Vərəm xəstəliyinin müalicəsi çox uzun davam edir, ən həssas vərəm formalarının müalicəsi ən azı 6 ay davam edir. Təsəvvür edin ki, bunun üçün nə qədər hövsələ lazımdır. Əgər həkimin hansısa maddi marağı olsa, bizdə hansısa göstəricilər düzələcək”.

H.Qədirova qeyd edib ki, vərəmli xəstələrin uzun müddət statisonar müəssisədə yatmasına ehtiyac yoxdur, amma əlillik dərəcəsi almaq üçün onlar statisionar müəssisədə yatmalıdırlar.

Son xəbərlər

Orphus sistemi