Həmsədr: “Azərbaycan Parlamenti ilə Avropa İttifaqı arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir”

Həmsədr: “Azərbaycan Parlamenti ilə Avropa İttifaqı arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir” Bakı. 7 may. REPORT.AZ/ “Azərbaycan Parlamenti ilə Avropa İttifaqı arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir”.
Milli Məclis
7 May , 2018 15:17
Həmsədr: “Azərbaycan Parlamenti ilə Avropa İttifaqı arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir”

Bakı. 7 may. REPORT.AZ/ “Azərbaycan Parlamenti ilə Avropa İttifaqı arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir”.

“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında qurumun həmsədri Cavanşir Feyziyev deyib.

O, bu əlaqələrin daha da inkişaf etdirilməsinə çalışdıqlarını bildirib: “Azərbaycan bir çox sahələrdə Avropa İttifaqı ilə əməkdaşlıq edir”.

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərim çıxışında Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərindən məmnun olduğunu bildirib. O vurğulayıb ki, Avropa İttifaqı Azərbaycan üçün həm də ticari tərəfdaşdır: “Əməkdaşlığımız yalnız enerji sahəsi ilə məhdudlaşmır. Azərbaycanın böyük nəqliyyat qovşağına sahib olması əməkdaşlıqda xüsusi yer tutur”.

O qeyd edib ki, regionda baş verənlər diqqət mərkəzindədir: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır”.

Son xəbərlər

Orphus sistemi