Hadı Rəcəbli: "Nazirliklər əlilliyin təyin edilməsinin yeni modeli barədə düşünürlər"

Hadı Rəcəbli: "Nazirliklər əlilliyin təyin edilməsinin yeni modeli barədə düşünürlər" Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat İlham Məmmədov əlilliyin təyinatı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tənqid edib.
Milli Məclis
18 Sentyabr , 2019 15:46
Hadı Rəcəbli: Nazirliklər əlilliyin təyin edilməsinin yeni modeli barədə düşünürlər

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat İlham Məmmədov əlilliyin təyinatı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tənqid edib.

“Report”un xəbərinə görə, deputat deyib ki, bəzən vizual olaraq görünən insanlara əlillik təyin edilmir: “Bu məsələnin aidiyyəti qurumla geniş müzakirəsi vacibdir”.

Komitə sədri Hadı Rəcəbli isə deyib ki, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri əlilliyin təyin edilməsinin yeni modeli barədə düşünürlər: “Yaxşı olardı ki, yeni modeli qabaqcadan bilək. Çünki biz də camaatla üzbəüz qalırıq, seçicilərlə görüşürük. Mən də düşünürəm ki, bununla bağlı bir dinləmə təşkil etməliyik”.

Son xəbərlər

Orphus sistemi