Hadı Rəcəbli: “Azərbaycanda əhalinin təbii artımı il ərzində 1,2 faizi ötür”

Hadı Rəcəbli: “Azərbaycanda əhalinin təbii artımı il ərzində 1,2 faizi ötür” Bakı. 25 dekabr. REPORT.AZ/ “Azərbaycanda əhalinin təbii artımı il ərzində 1,2 faizi ötməkdədir”.
Milli Məclis
25 Dekabr , 2017 11:59
Hadı Rəcəbli: “Azərbaycanda əhalinin təbii artımı il ərzində 1,2 faizi ötür”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli / Report/ Orkhan Azim

Bakı. 25 dekabr. REPORT.AZ/ “Azərbaycanda əhalinin təbii artımı il ərzində 1,2 faizi ötməkdədir”.

“Report”un xəbərinə görə, Azərbaycan Milli Məclisində (MM) “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında Parlamentin rolu” mövzusunda keçirilən tədbirdə MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Komitə sədri xatırladıb ki, Azərbaycanda sosial müdafiə sisteminin təkmilləşdirilməsi daim ön planda olub.

H.Rəcəbli qeyd edib ki, ölkədə işsizliyə görə müavinətin verilməsi 3 dəfə artıb.

“Turizm haqqında” qanunun yenidən hazırlanması turizmin inkişafına şərait yaradacaq. Təbii ki, bu da yeni iş yerləri deməkdir” - deyə, komitə sədri əlavə edib.

Son xəbərlər

Orphus sistemi