Hadı Rəcəbli: “Azərbaycan universitetlərində təhsil alan 18 gözdən əlil tələbə təhsil haqqından azad olunmalıdır”

Hadı Rəcəbli: “Azərbaycan universitetlərində təhsil alan 18 gözdən əlil tələbə təhsil haqqından azad olunmalıdır” Bakı. 14 dekabr. REPORT.AZ/ “Azərbaycan universitetlərində 18 gözdən əlil tələbə təhsil alır. Onlara yardım olunmalıdır”.
Milli Məclis
14 Dekabr , 2017 15:41
Hadı Rəcəbli: “Azərbaycan universitetlərində təhsil alan 18 gözdən əlil tələbə təhsil haqqından azad olunmalıdır”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli / Report/ Orkhan Azim

Bakı. 14 dekabr. REPORT.AZ/ “Azərbaycan universitetlərində 18 gözdən əlil tələbə təhsil alır. Onlara yardım olunmalıdır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.

O bildirib ki, həmin tələbələr təhsil haqqından azad olunmalıdır: “Bir neçə gün öncə, qəbulumda iki tələbə vardı. Onlar Azərbaycan Milli Konsevatoriyasında təhsil alırlar. Təhsil haqları 2 min manatdır. Hesab edirəm, belə qrup insanlara köməklik olunmalıdır. Bu istiqamətdə danışıqlar aparılır”.

Son xəbərlər

Orphus sistemi