Yuxarı

Hadı Rəcəbli: "9 min insanın pensiyası 2 dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq"

© Report — Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli

Bakı. 19 fevral. REPORT.AZ/ “Azərbaycanda pensiyanın minimum həcmi 116 manat idi. Hətta 80 manatdan da aşağı müavinət alan insanlar var idi. “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər 233 min nəfərin pensiyasında hiss olunacaq dəyişikliyə gətirib çıxaracaq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, 9 min insanın pensiyası 2 dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq: “Bütövlükdə isə böyük bir qrup pensiyaçıların pensiyası 38.5 faiz civarında artır. Bunun üçün bu li 41 milyon vəsait nəzərdə tutulub. Belə addımlar mütəmadi atılacaq. Deputatlar görüşlər keçirərkən bu rəqəmlərdən istifadə etməlidirlər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi