GUAM PA-nın Hüquqi məsələlər üzrə komitəsinin iclası keçirilib

GUAM PA-nın Hüquqi məsələlər üzrə komitəsinin iclası keçirilib Aprelin 28-də GUAM PA-nın Hüquqi məsələlər üzrə komitəsinin 4-cü iclasında “Hərbi/fövqəladə vəziyyət şəraitində köçkünlərə dəstək də daxil olmaqla əhalinin sosial müdafiəsinin qanunvericilik baxımından həlli”, “Zərərçəkənlərə humanitar yardımların çatdırı
Milli Məclis
28 Aprel , 2022 18:25
GUAM PA-nın Hüquqi məsələlər üzrə komitəsinin iclası keçirilib

Aprelin 28-də GUAM PA-nın Hüquqi məsələlər üzrə komitəsinin 4-cü iclasında “Hərbi/fövqəladə vəziyyət şəraitində köçkünlərə dəstək də daxil olmaqla əhalinin sosial müdafiəsinin qanunvericilik baxımından həlli”, “Zərərçəkənlərə humanitar yardımların çatdırılmasını və paylanmasını dəstəkləyən hüquqi mexanizmlər” və “İşğaldan azad edilmiş ərazilərin bərpasında humanitar məsələlərinin həlli işində parlamentlərin rolu” başlıqlı məsələlər müzakirə edilib.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasda GUAM PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev “Hərbi/fövqəladə vəziyyət şəraitində köçkünlərə dəstək də daxil olmaqla əhalinin sosial müdafiəsinin qanunverici həlli” məsələsi ilə bağlı qeydlərini səsləndirib. O, erməni millətçilərinin apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində azərbaycanlıların qaçqın və məcburi köçkün olmasından danışıb, onların hüquqi statusunu, məşğulluğunu, sosial problemlərini tənzimləyən qanun, fərman, sərəncam və qərarlar barədə məlumat verib, məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı istiqamətində görülən işlərə toxunub.

Onlayn iclaslarda parlamentarilər müzakirə olunan məsələlərlə bağlı çıxışlar ediblər, gündəlikdəki mövzulara münasibətlərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi