Geoloji parkların torpaqları xüsusi tarixi dəyərə malik olan torpaq sahələri hesab ediləcək

Geoloji parkların torpaqları xüsusi tarixi dəyərə malik olan torpaq sahələri hesab ediləcək Azərbaycanda geoloji parkların torpaqlarının xüsusi tarixi dəyərə malik olan torpaq sahələri hesab olunması təklif edilir.
Milli Məclis
17 mart 2020 12:38
Geoloji parkların torpaqları xüsusi tarixi dəyərə malik olan torpaq sahələri hesab ediləcək
google.az

Azərbaycanda geoloji parkların torpaqlarının xüsusi tarixi dəyərə malik olan torpaq sahələri hesab olunması təklif edilir.

“Report” xəbər verir ki, bununla bağlı Torpaq Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 26-cı maddəsinə (Təbii qoruq təyinatlı torpaqlar) yeni 7-ci bənd əlavə olunur.

Yeni bəndə əsasən, geoloji parkların torpaqları xüsusi geoloji, coğrafi, tarixi, estetik dəyərə malik olan torpaq sahələri hesab ediləcək.

Qanuna dəyişiklik layihəsi Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi