Gənclər Fondunun icraçı direktoru: "Valideynlər adi bir məsələyə görə övladlarına təzyiq edirlər"

Gənclər Fondunun icraçı direktoru: "Valideynlər adi bir məsələyə görə övladlarına təzyiq edirlər" “Çalışacağıq ki, xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı aprel ayının sonunda elan verək. 2019-2020-ci tədris ilində gənclərin xaricdə magistr pilləsi üzrə təhsili Gənclər Fondu maliyyələşdirəcək. İlk il olduğu üçün bir qədər az tələbənin maliyyələşdirilməsini nəzərdə tutmuşuq. Yəqin ki, universitet və ixtisasların da siyahısı geniş olmayacaq”.
Milli Məclis
11 Aprel , 2019 14:29
Gənclər Fondunun icraçı direktoru: Valideynlər adi bir məsələyə görə övladlarına təzyiq edirlər

“Çalışacağıq ki, xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı aprel ayının sonunda elan verək. 2019-2020-ci tədris ilində gənclərin xaricdə magistr pilləsi üzrə təhsili Gənclər Fondu maliyyələşdirəcək. İlk il olduğu üçün bir qədər az tələbənin maliyyələşdirilməsini nəzərdə tutmuşuq. Yəqin ki, universitet və ixtisasların da siyahısı geniş olmayacaq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı fondun icraçı direktoru Fərid Cəfərov deyib.

Gənclərin suallarını cavablandıran F.Cəfərov valideynlərin adi bir məsələyə görə övladlarına təzyiq etdiklərini qeyd edib: “Bura universitetə daxil olmamaq da aiddir. Hətta, bu, intihar səviyyəsinə qədər gətirib çıxarır. Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılmasının əsas təkanverici amillərindən biri o olub ki, gənclərə universitetə daha yaxşı hazırlaşmaq üçün dəstək verilsin”.

O, Gənclər Fondunun həyata keçirdiyi layihələrin müsbət qarşılandığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi