Gənclər Fondunun icraçı direktoru: "Ötən ilə nisbətən 2 dəfədən çox tələbənin təhsil haqqını ödəməyi nəzərdə tutmuşuq"

Gənclər Fondunun icraçı direktoru: "Ötən ilə nisbətən 2 dəfədən çox tələbənin təhsil haqqını ödəməyi nəzərdə tutmuşuq" “İstedadlı və sosial həssas kateqoriyadan olan gənclərin təhsil haqqı borclarının ödənilməsi əsas istiqamətlərdən olub. Bunun üçün bu il maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmuşdu. Ötən ilin sonunda bir qədər büdcə vəsaitimizin qaldığını gördükdən sonra fəaliyyətin həyata keçirilməsi ilə bağlı qərar verdik. Ötən ilin noyabrında müsabiqə elan etdik, ötən il 237 tələbənin təhsil haqqı borclarını Gənclər Fondu ödədi. Gənclər bunu rəğbətlə qarşıladı”.
Milli Məclis
11 Aprel , 2019 13:32
Gənclər Fondunun icraçı direktoru: Ötən ilə nisbətən 2 dəfədən çox tələbənin təhsil haqqını ödəməyi nəzərdə tutmuşuq

“İstedadlı və sosial həssas kateqoriyadan olan gənclərin təhsil haqqı borclarının ödənilməsi əsas istiqamətlərdən olub. Bunun üçün bu il maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmuşdu. Ötən ilin sonunda bir qədər büdcə vəsaitimizin qaldığını gördükdən sonra fəaliyyətin həyata keçirilməsi ilə bağlı qərar verdik. Ötən ilin noyabrında müsabiqə elan etdik, ötən il 237 tələbənin təhsil haqqı borclarını Gənclər Fondu ödədi. Gənclər bunu rəğbətlə qarşıladı”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Fondun icraçı direktoru Fərid Cəfərov deyib.

F.Cəfərov bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini qeyd edib: “Hazırda gənclər müsabiqə ilə maraqlanır. Növbəti müsabiqə üçün sənəd qəbulu bu ilin iyul-avqustunda olacaq. Nəzərdə tutmuşuq ki, ötən ilə nisbətən ən azı 2 dəfə çox tələbənin təhsil haqqını ödəyək”.

Son xəbərlər

Orphus sistemi