Noyabrın 19-da
"Report"un xəbərinə görə, Komitənin sədri Hadi Rəcəbli bildirib ki, gündəliyə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikası 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri (ikinci oxunuş), həmçinin “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri (ikinci oxunuş) daxildir.
Gündəlikdəki məsələlər barədə ümumi məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Nazir diqqətə çatdırıb ki, 2020-ci il üçün yaşayış minimumu 190 manat, ehtiyac meyarının həddi isə 160 manat müəyyən edilib.
“Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri (ikinci oxunuş) barədə məlumat verən Sahil Babayev bildirib ki, bu qanunlara təklif olunan dəyişikliklər də əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.
İclasda çıxış edən müvafiq qurumların nümayəndələri ölkədə aparılan sosial islahatları yüksək qiymətləndiriblər, qanun layihələri barədə fikirlərini bildiriblər.
İclasın sonunda gündəlikdəki yeddi məsələnin hamısı ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.