​Fəzail İbrahimlinin qalib olduğu dairənin məntəqələrindən birinin nəticələri ləğv edilib

​Fəzail İbrahimlinin qalib olduğu dairənin məntəqələrindən birinin nəticələri ləğv edilib Şikayət qismən təmin olunub
Milli Məclis
18 Noyabr , 2015 15:33
​Fəzail İbrahimlinin qalib olduğu dairənin məntəqələrindən birinin nəticələri ləğv edilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

“Report”un məlumatına görə, iclasda noyabrın 1-də keçirilən Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.

Müraciətlərlə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib.

69 saylı Cəlilabad Seçki Dairəsindən deputatlığa namizədlikləri qeydə alınan Elçin Axundzadə, Ağahüseyn Gözəlov, Murad Hüseynov və digər namizədlər həmin dairə üzrə seçki nəticələrinin ləğv edilməsini xahiş ediblər.

Onlar müraciətlərdə dairənin 1, 2, 3, 4, 6, 8, 9 saylı məntəqələrində ciddi qanun pozuntularının oluğunu iddia ediblər.

R.İbrahimovun sözlərinə görə, MSK-nın Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, iddialar əsassızdır: “Şikayətçilərin təqdim etdikləri videokadrlar da mötəbər deyil”.

R.İbrahimov bildirib ki, 9 saylı seçki məntəqəsində səslərin sayılmasında qüsurlar olduğundan, həmin məntəqənin nəticələri etibarsız hesab edilməlidir. Ona görə də şikayət qismən təmin edilib. Buna baxmayaraq, bu, ümumi nəticəyə təsir etməyib.

Qeyd edək ki, həmin seçki dairəsində lider namizəd Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimlidir.

Son xəbərlər

Orphus sistemi