Fəzail Ağamalı Dövlət Komitəsinin sədrini tənqid edib

Fəzail Ağamalı Dövlət Komitəsinin sədrini tənqid edib Bakı. 1 fevral. REPORT.AZ/ “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev vəzifəyə təyin edildikdən sonra tikintini dayandırıb. Bakı şəhərində tikinti sahəsində işləyən 50 mindən çox insan işsiz qalıb”.
Milli Məclis
1 Fevral , 2019 17:50
Fəzail Ağamalı Dövlət Komitəsinin sədrini tənqid edib

Bakı. 1 fevral. REPORT.AZ/ “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev vəzifəyə təyin edildikdən sonra tikintini dayandırıb. Bakı şəhərində tikinti sahəsində işləyən 50 mindən çox insan işsiz qalıb”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, S.Nuriyev məsuliyyətini başa düşməlidir: “Dövlət başçısının siyasətinin əsas mahiyyəti işsizliyin aradan qaldırılmasıdır. Bununla bağlı da ciddi layihələr həyata keçirilməkdədir. Amma o, bir ilə yaxındır ki, Bakıda tikinti işini dayandırıb. Mənim tikinti ilə əlaqəm yoxdur, amma bizə müraciətlər edirlər. İnsanların işlə təmin edilməsinə nə üçün qadağa qoyulur? Bu sahədə narahatlıq mövcuddur, aradan qaldırılmalıdır, konkret addımlar atılmalıdır. Bu cavan oğlan insanların məşğulluğuna niyə qadağa qoymalıdır?”.

Spiker Oqtay Əsədov isə ona cavab olaraq deyib ki, faktı araşdırmaq lazımdır: “Araşdırmamış rəqəm söyləmək olmaz. 50 min məsələsi ilə bağlı faktın var? Bu harada olub? Dəqiq sənəd var? Dəqiqləşdirilməmiş məsələləri qaldırıb ajiotaj yaratmaq lazım deyil”.

Son xəbərlər

Orphus sistemi