Fazil Mustafa Monteneqroda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

Fazil Mustafa Monteneqroda keçiriləcək prezident seçkilərini müşahidə edəcək Bakı. 10 aprel. REPORT.AZ/ Milli Məclisin deputatı Fazil Mustafa Monteneqroda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
Milli Məclis
10 Aprel , 2018 17:55
Fazil Mustafa Monteneqroda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

Bakı. 10 aprel. REPORT.AZ/ Milli Məclisin deputatı Fazil Mustafa Monteneqroda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.

Parlamentin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, o, bu məqsədlə aprelin 11-dən 16-dək bu ölkənin baş şəhəri Podqoritsada səfərdə olacaq.

Deputatımız AŞPA-nın müşahidə missiyasının tərkibində səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək. AŞPA müşahidəçiləri öncə seçkiqabağı durumu dəyərləndirəcək, məntəqələrdə yaradılmış şəraitlə tanış olacaqlar. Seçki günü demokratiyanın tələblərinə riayət edilməsinə, seçicilərin hüquqlarının təmin olunmasına, şəffaflığa əməl edilməsinə nəzər yetirəcəklər.

Son xəbərlər

Orphus sistemi