Fatma Yıldırım: "Prezident regionlarımızın inkişafı məsələlərini şəxsi nəzarətində saxlayır"

Fatma Yıldırım: "Prezident regionlarımızın inkişafı məsələlərini şəxsi nəzarətində saxlayır" “Son 18 ildə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramlarının icrası çərçivəsində bölgələrdə yaradılan müasir infrastruktur innovasiyaların, modern texnologiyaların tətbiqinə əlverişli zəmin formalaşdırıb. Azərbaycan
Milli Məclis
3 Noyabr , 2021 21:37
Fatma Yıldırım: Prezident regionlarımızın inkişafı məsələlərini şəxsi nəzarətində saxlayır
Fatma Yıldırım

“Son 18 ildə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramlarının icrası çərçivəsində bölgələrdə yaradılan müasir infrastruktur innovasiyaların, modern texnologiyaların tətbiqinə əlverişli zəmin formalaşdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin İsmayıllı və Şamaxı rayonlarına səfərləri bu baxımdan əlamətdardır”.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev ölkəmizin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlayır. Bölgələrin inkişafına dair dövlət başçısının geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verməsi, qərarlar qəbul etməsi buna sübutdur.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidentinin təkcə işğaldan azad olunmuş ərazilər deyil, ölkənin digər bölgələrinə də ardıcıl səfərlər etməsi bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işlərinin davam etdirilməsinin göstəricisidir. Hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prioritet təşkil etsə də, digər bölgələrdə də dinamik inkişaf davam edir. Buna nümunə kimi İsmayıllı və Şamaxı rayonlarını da göstərmək olar. Prezident İlham Əliyev bu bölglərə səfəri zamanı birinci xanım Mehriban Əliyeva ilə birlikdə quruculuq işləri ilə tanış olub, bir sıra açılışlar edib.

Fatma Yıldırım qeyd edib ki, dövlətimizin başçısı dini abidələrimizin, məscidlərin bərpasına, yenidən qurulmasına da böyük önəm verir. İsmayılıya səfər zamanı Lahıcda 1791-ci ildə inşa edilən Bədöyün məscidində aparılan bərpa-təmir işləri də tanış olub: "Məlumdur ki, bu məsciddə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bərpa-təmir işləri aparılır. Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihələr çərçivəsində bölgələrdəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir".

“Bunlardan biri də Şamaxı şəhərinin girəcəyində yerləşən Pirsaat Baba ziyarətgahıdır”, - deyən millət vəkilinin sözlərinə görə, dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfəri zamanı Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

Deputatın fikrincə, görülən bu işlər ölkəmizdə hər bir sahənin inkişafının diqqət mərkəzində olduğunu təsdiqləyir.

Son xəbərlər

Orphus sistemi