Emin İmanov Toponomiya Komissiyasının katibi seçildi - FOTO

Emin İmanov Toponomiya Komissiyasının katibi seçildi - FOTO Milli Məclis yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib.
Milli Məclis
4 Aprel , 2020 20:18
Emin İmanov Toponomiya Komissiyasının katibi seçildi - FOTO

Milli Məclis yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda təşkilatı məsələlərə baxılıb.

İclasda Komissiyanın sədri vəzifəsinə Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, Komissiyanın sədr müavini vəzifəsinə Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Fətəliyevanın, Komissiyanın katibi vəzifəsinə isə Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri Emin İmanovun namizədliyini irəli sürülüb.

Komissiya üzvləri məsələyə münasibət bildirərək hər üç şəxsin namizədliyini dəstəkləyiblər. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi