“Azərbaycan Prezidentinin Brüsselə səfəri Avropa İttifaqı ilə əməkdaşlığa töhfə verəcək” - RƏY

“Azərbaycan Prezidentinin Brüsselə səfəri Avropa İttifaqı ilə əməkdaşlığa töhfə verəcək” - RƏY “Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının 10 illiyinə həsr olunan yubileyi ilə bağlı Brüsselə səfəri əməkdaşlığa töhfə verəcək”.
Milli Məclis
14 May , 2019 11:32
“Azərbaycan Prezidentinin Brüsselə səfəri Avropa İttifaqı ilə əməkdaşlığa töhfə verəcək” - RƏY

“Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramının 10 illiyinə həsr olunan yubileyi ilə bağlı Brüsselə səfəri əməkdaşlığa töhfə verəcək”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, yubileydə görüləcək işlər, qarşıda dayanan vəzifələr, əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı çox ciddi fikir mübadiləsi aparılacaq.

Deputat qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq strateji sənədlə bağlı işlər, demək olar, yekunlaşıb: “Yəqin ki, sənədin imzalanması yaxın zamanlarda baş tutacaq. Bilirsiniz ki, Azərbaycanla Avropa İttifaqı arasında birinci sənəd 1996-cı ildə imzalanıb, 1999-cu ildə qüvvəyə minib. Həmin müddətdən indiyədək Azərbaycanla Avropa İttifaqı arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Növbəti sənədin imzalanması ilə əməkdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyacaq. Nəzərə alınmalıdır ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə enerji təhlükəsizliyi sferasında çox ciddi əməkdaşlıq edir. Avropanın meqa layihəsi olan Cənub Qaz Dəhlizi layihəsi 2020-ci ildə işlək vəziyyətdə olacaq. Bununla da Azərbaycan Avropa İttifaqı üçün yeni alternativ enerji mənbəyi funksiyasını yerinə yetirəcək. Azərbaycanın Avropa İttifaqının 28 ölkəsinin 9-u ilə strateji tərəfdaşlıq münasibətləri var. Əməkdaşlıq hər iki tərəfin maraq dairəsindədir”.

Deputat Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşə də münasibət bildirib: “Yubiley öncəsi, istisna edilmirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olsun. Bu görüşdə geniş müzakirələrin aparılacağı nəzərdə tutulmurdu. Məlumata görə, bu görüş baş tutub. Burada əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bundan sonra da danışıqların davam etdirilməsi, konstruktiv mövqeyin ortaya qoyulmasıdır”.

Son xəbərlər

Orphus sistemi