Parlament əmək pensiyalarının artırılması ilə bağlı dəyişiklik layihəsini təsdiqləyib

Parlament əmək pensiyalarının artırılması ilə bağlı dəyişiklik layihəsini təsdiqləyib Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilib.
Milli Məclis
19 Fevral , 2019 13:09
Parlament əmək pensiyalarının artırılması ilə bağlı dəyişiklik layihəsini təsdiqləyib

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilib.

“Report” xəbər verir ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Maddənin hazırki mətni isə belədir: “Əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur”.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi