Elmar Məmmədyarov: "Azərbayan QDİƏT dövlətlərində sülh, sabitlik və inkişafın artırılması istiqamətində səyləri artırmağa çağırır"

Elmar Məmmədyarov: "Azərbayan QDİƏT dövlətlərində sülh, sabitlik və inkişafın artırılması istiqamətində səyləri artırmağa çağırır" Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında təbrik məktubu oxunub.
Milli Məclis
20 İyun , 2019 11:46
Elmar Məmmədyarov: Azərbayan QDİƏT dövlətlərində sülh, sabitlik və inkişafın artırılması istiqamətində səyləri artırmağa çağırır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov / Report/ Firi Salim

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında təbrik məktubu oxunub.

“Report” xəbər verir ki, məktubda deyilir:

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tam hüquqlu üzvü olaraq Azərbaycan üçün ticarət, nəqliyyat, energetika, turizm, kənd təsərrüfatı, İKT sahəsində əməkdaşlıq önəmlidir. Bununla yanaşı, Azərbaycan QDİƏT-ə sədrlik etdiyi dövrdə ticarət vasitəsi ilə əlaqələri gücləndirmək və regional ticarətlə bağlı bir sıra tədbirlər həyata keçirib. Eyni zamanda sərhədkeçmə, əməkdaşlığın inkişafı istiqamətində səylər göstərilib. Ümidvaram ki, növbəti ölkənin sədrliyi dövründə əməkdaşlığın belə vacib sahələri həmişə diqqət mərkəzində olacaq. Qara dəniz regionunun rifahı gələcəkdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və tolerantlıq yolu ilə təmin oluna bilər. Bu baxımdan İstanbul Sammiti Bəyannaməsində nəzərdə tutulan prinsiplərə uyğun olaraq, Azərbaycan QDİƏT dövlətlərində sülh, sabitlik və inkişafın artırılması istiqamətində səyləri artırmağa çağırır. Baş Assambleyaya uğurlar arzu edirəm. İnanıram ki, görülən işlər əməkdaşlığımıza mühüm təkan verəcək”.

Son xəbərlər

Orphus sistemi