Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Milli Məclis
9 Aprel , 2020 11:18
Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib
Elman Rüstəmov / Report

Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, məsələ müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, sonuncu dəfə Milli Məclis Elman Rüstəmovu bu vəzifəyə 3 aprel 2015-ci il tarixində, 5 il müddətinə təsdiqləyib.

9 aprel 2015-ci il tarixində isə Prezident İlham Əliyev bu təyinatla bağlı sərəncam imzalayıb.

Ümumiyyətlə, 68 yaşlı E.Rüstəmov 25 ildir AMB-yə rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi