Əli Hüseynli: "Zatulinin hərəkətləri reallıqda soyuq olan Ermənistan-Rusiya münasibətlərinə pozitiv ruh vermək cəhdləridir"

Əli Hüseynli: "Zatulinin hərəkətləri reallıqda soyuq olan Ermənistan-Rusiya münasibətlərinə pozitiv ruh vermək cəhdləridir" Bakı. 7 dekabr. REPORT.AZ/ “Dövlət Dumasının üzvü Konstantin Zatulinin “Lazarev klubu”nu yaratmaqla bağlı təşəbbüsü görülən işlərə, Rusiyanın bir çox ekspertlərinin, tanınmış insanlarının obyektiv mövqeyinə uğursuz cavab cəhdidir”.
Milli Məclis
7 Dekabr , 2018 12:40
Əli Hüseynli:  Zatulinin hərəkətləri reallıqda soyuq olan Ermənistan-Rusiya münasibətlərinə pozitiv ruh vermək cəhdləridir
0 : 00
0 : 00

Bakı. 7 dekabr. REPORT.AZ/ “Dövlət Dumasının üzvü Konstantin Zatulinin “Lazarev klubu”nu yaratmaqla bağlı təşəbbüsü görülən işlərə, Rusiyanın bir çox ekspertlərinin, tanınmış insanlarının obyektiv mövqeyinə uğursuz cavab cəhdidir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib.

Deputat xatırladıb ki, bu günlərdə Azərbaycanın tarixi ərazisi İrəvanda Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinin təşəbbüsü ilə yaradılan “Lazarev klubu”nun iclası keçirilib: “Məlumdur ki, Azərbaycan və Rusiya dövlət başçılarının həyata keçirdiyi siyasət nəticəsində ölkələr arasında münasibətlər bütün sahələr üzrə inkişaf etməkdədir. Bu siyasi münasibətlər həm də ictimai proseslərə müsbət təsirini göstərib. Təsadüfi deyil ki, son dövrlər Rusiya siyasi elitasını təmsil edən bir çox politoloqlar, siyasət adamları, hərbi ekspertlər müxtəlif formalarda Azərbaycanda səfərdə olublar. İki ölkə münasibətlərinə, hərbi əməkdaşlığa dair, o cümlədən ölkəmizin ərazi bütövlüyü, Qarabağın Azərbaycanın tarixi torpağı olması ilə bağlı fikirlər səsləndiriblər. Hesab edirik ki, Zatulinin hərəkətləri reallıqda soyuq olan Ermənistanla Rusiya münasibətlərinə pozitiv ruh vermək cəhdlərindən başqa bir şey deyil. Tədbirdə Rusiya tərəfdən iştirak edən ekspertlər zamanında Qorboçov-Yeltsin komandasında olmuş, siyasi korrupsiyaya qurşanmış ermənipərəst ekspertlərdir. Baxmayaraq ki, tədbirin keçirilməsi və səslənən fikirlər Rusiyanın rəsmi mövqeyi deyil, amma bizim bu tədbirə adekvat münasibətimiz mövcuddur. Uzun illərdir ki, Konstantin Zatulin ermənilərin lobbiçiliyi ilə məşğul olur. O, əvvəllər də Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli mövqeyini bildirib”.

Son xəbərlər

Orphus sistemi