Əli Hüseynli: "Vəkilliyə qəbulda test imtahanı ilə bağlı hansısa dəyişiklik edilməməlidir"

Əli Hüseynli: "Vəkilliyə qəbulda test imtahanı ilə bağlı hansısa dəyişiklik edilməməlidir" Bakı. 23 fevral. REPORT.AZ/ “Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam çox əhəmiyyətlidir. O fikirlə razı deyiləm ki, vəkilliyə qəbulda test imtahanı ilə bağlı hansısa dəyişiklik edək. Çünki biz fiziki şəxslərin qanuni nümayəndəlik institutunu ləğv edəndə arqumentimiz ondan ibarət idi ki, Konstitusiyaya görə dövlət peşəkar hüquqi müdafiəni təmin etməlidir”.
Milli Məclis
23 Fevral , 2018 13:01
Əli Hüseynli: Vəkilliyə qəbulda test imtahanı ilə bağlı hansısa dəyişiklik edilməməlidir
Report

Bakı. 23 fevral. REPORT.AZ/ “Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam çox əhəmiyyətlidir. O fikirlə razı deyiləm ki, vəkilliyə qəbulda test imtahanı ilə bağlı hansısa dəyişiklik edək. Çünki biz fiziki şəxslərin qanuni nümayəndəlik institutunu ləğv edəndə arqumentimiz ondan ibarət idi ki, Konstitusiyaya görə dövlət peşəkar hüquqi müdafiəni təmin etməlidir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri bəzi deputatların vəkilliyin test imtahanı ilə bağlı dəyişikliklər edilməsi ilə bağlı təkliflərinə də münasibət bildirib: “Biz qanunvericilikdə düzəliş etdik və hazırda məhkəmələrdə hüquqların müdafiəsi yalnız Vəkillər Kollegiyasının üzvü tərəfindən aparıla bilər. Əgər vəkillər peşəkar olmazsa, onlar məhkəmə çəkişmə prinsipinin tətbiqində zəif görünə bilərlər. O arqumenti qəbul edə bilmərik ki, ittiham tərəfi, yəni prokurorlar bütün test mərhələlərini keçsin, amma vəkillər bundan keçməsin. Problemin həlli yolu bundan ibarət deyil. Sonuncu test imtahanı göstərdi ki, orada iştirak edənlər imtahanı müvəfəqiyyətlə veriblər. Təcrübə onu göstərir ki, həm dövlət qulluğunda, həm də hakimlərin seçkisində ikinci və növbəti mərhələ əhəmiyyət kəsb edir. Yalnız yazılı test imtahanı vermək peşəkarlığın yeganə göstəricisi deyil. Prezidentin imzaladığı sərəncamdakı müddəaların tətbiqi vəkillərin sayının artırılmasına gətirib çıxaracaq. Nəticə belə olmalıdır ki, ədalət mühakiməsini həyata keçirən tərəflər (ittiham tərəfi, müdafiə tərəfi) peşəkarlıq baxımından eyni səviyyədə hazırlıqlı şəxslər olsun”.

Son xəbərlər

Orphus sistemi