Əli Hüseynli: "Qiyamı törədənlərlə qiyamın qarşısını almağa çalışan qüvvələr eyni cinayəti törədib"

Əli Hüseynli: "Qiyamı törədənlərlə qiyamın qarşısını almağa çalışan qüvvələr eyni cinayəti törədib" “Son günlər 4 iyun 1993-cü il hadisələri ilə bağlı fərqli fikirlərin və o vaxt hakimiyyətdə olan şəxslərin özlərinə bəraət qazandırmaq cəhdlərini müşahidə edirik”.
Milli Məclis
5 İyun , 2020 11:50
Əli Hüseynli: Qiyamı törədənlərlə qiyamın qarşısını almağa çalışan qüvvələr eyni cinayəti törədib

“Son günlər 4 iyun 1993-cü il hadisələri ilə bağlı fərqli fikirlərin və o vaxt hakimiyyətdə olan şəxslərin özlərinə bəraət qazandırmaq cəhdlərini müşahidə edirik”.

“Report” xəbər verir ki, bunu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Ə.Hüseynlinin sözlərinə görə, o zamankı Ali Sovet bu hadisələrə rəy verib və qərar qəbul edib:

“Əminəm ki, gələcək nəsillər də həmin qərardan düzgün nəticə çıxaracaqlar. Məlum hadisələr o zamankı hakimiyyətdə olan 17 nəfərin səhvi üzündən baş verib. Tarixi həqiqət ondan ibadətdir ki, o zaman qiyamı törədən qüvvələrlə həmin qiyamın qarşısını almağa çalışan qüvvələr eyni cinayəti törədib. Nəticə isə çox acınacaqlı olub. Ermənilər baş verənlərdən istifadə edib”.

Son xəbərlər

Orphus sistemi