Əli Hüseynli oktyabrın 18-nin qeyri-iş günü elan olunmamasının səbəbini açıqlayıb

Əli Hüseynli oktyabrın 18-nin qeyri-iş günü elan olunmamasının səbəbini açıqlayıb Milli Məclisin bəzi deputatları oktyabrın 18-i Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olmasını təklif ediblər.
Milli Məclis
29 Oktyabr , 2021 12:20
Əli Hüseynli oktyabrın 18-nin qeyri-iş günü elan olunmamasının səbəbini açıqlayıb
Əli Hüseynli

Milli Məclisin bu gün keçirilən plenar iclasında bəzi deputatlar oktyabrın 18-i Müstəqilliyin Bərpası Gününün Azərbaycanda qeyri-iş günü elan olmasını təklif ediblər.

"Report" xəbər verir ki, deputatların təklifinə münasibət bildirən parlament sədrinin birinci müavini Əli Hüseynli bu məsələnin Əmək Məcəlləsinin predmetinə aid olmadığını deyib.

O qeyd edib ki, Əmək Məcəlləsinə təklif edilən dəyişiklik sadəcə texniki xarakterlidir, yəni bayramların adı digər qanunvericiliklərə uyğunlaşdırılıb: "Məcəllədə bayram günləri ifadəsi işlədilib. Komitədə bu məsələni müzakirə edəndə peşəkar hüquqşünaslar dedi ki, bu, texniki dəyişiklikdir. Amma mən bildirdim ki, bu mövzuda çıxış edənlər, populizm axtaranlar olacaq".

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən bayram günü elan edilən 28 May - Müstəqillik Günü qeyri-iş günü, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü iş günü hesab olunacaq.

Bildirilib ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunub. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Əmək Məcəlləsinə dəyişiklik isə uyğunlaşdırma xarakteri daşıyır.

Müzakirələrdən sonra Əmək Məcəlləsinə təklif olunan dəyişiklik qəbul edilib.

Son xəbərlər

Orphus sistemi