Elektron nəzarət vasitələrinin tətbiqinin qaydaları açıqlanıb

Elektron nəzarət vasitələrinin tətbiqinin qaydaları açıqlanıb Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq ediləcək
Milli Məclis
15 Noyabr , 2017 13:28
Elektron nəzarət vasitələrinin tətbiqinin qaydaları açıqlanıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Cəzaların İcrası Məcəlləsinə dəyişiklik edilir.

“Report”un xəbərinə görə, dəyişikliklərdən biri də elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri ilə bağlıdır.

Məcəlləyə 15-2 (Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri ) yeni bənd əlavə edilir.
Yeni bənddə bunlar nəzərdə tutulur:

1.Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir.

2. Elektron nəzarət vasitəklərinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

3. Elketron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifə yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir.

4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılnması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir.

5. Elketron nəzarət vasitəsi tətbiq edilmiş şxəs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxsdən tutulur.

Son xəbərlər

Orphus sistemi