“Hər il dünyada 120 mindən çox orqan köçürülür. Amma tələbat bundan dəfələrlə çoxdur. Dünya əhalisinin sayını nəzərə alsaq, görərik ki, 120 min çox aşağı rəqəmdir”.
“Report” xəbər verir ki, bunu
Onun sözlərinə görə, Azərbaycanda bununla bağlı dəqiq məlumat yoxdur: “Amma deyə bilərəm ki, ölkəmizdə də orqan transplantasiyası həyata keçirilir. Hesab edirəm ki, bu, yetərli deyil, daha da inkişaf etdirmək lazımdır. Tələbatın ödənilməsinin əsas səbəblərindən biri donorların olmamasıdır. Hazırda “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” yeni qanun layihəsinin hazırlanması həyata keçirilir, işçi qrupu yaradılıb, qrup sədri deputat Musa Quliyevdir. Bu qanun layihəsi ilə bağlı təkliflər dəyərləndirilir”.