Yuxarı

Əhliman Əmiraslanov: “Hər il dünyada 6-7 milyon insan vərəmdən dünyasını dəyişir”

“Dünyada və ölkəmizdə vərəmlə mübarizə istiqamətində xeyli işlər görülüb. Bu, qlobal problemdir. Əldə olunan uğurlara baxmayarq, statistikaya baxsaq, görərik ki, dünyada 20 milyon vərəmli xəstə var. Hər il 6-7 milyon insan vərəmdən dünyasını dəyişir”. 

“Report” xəbər verir ki, bunu Milli Məclisdə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr edilən dinləmədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bu xəstəlik insan tələfatına daha çox səbəb olur: “Ona görə də vərəmlə mübarizə prioritet istiqamətlərdən biridir. Azərbaycanda vərəmlə mübarizə dövlət proqramında əksini tapıb. Bu il vərəm və şəkərli diabet xəstələrinin müalicəsi üçün əlavə 15 milyondan artıq vəsait ayrılıb”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi