Əhliman Əmiraslanov: “Dərmanlarla bağlı ölkədə problemlər var”

Əhliman Əmiraslanov: “Dərmanlarla bağlı ölkədə problemlər var” “Bu gün Azərbaycanda satılan dərmanların keyfiyyəti narahatlıq doğurur”.
Milli Məclis
12 noyabr 2021 08:17
Əhliman Əmiraslanov: “Dərmanlarla bağlı ölkədə problemlər var”

“Bu gün Azərbaycanda satılan dərmanların keyfiyyəti narahatlıq doğurur”.

“Report”un məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təsil, Ailə, qadın və uşaq məsələri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.

“Bundan başqa, dərmanların qiymətləri bir sıra ölkələrlə müqayisədə yüksəkdir. Onkoloji xəstəliklərin müalicəsi üçün Azərbaycana ən müasir aparatlar gətirilib, ancaq dərmanlarla bağlı ölkədə problemlər var. Dərman olmadan onkoloji xəstələri müalicə etmək çətindir. Ola bilər ki, kimlərsə o dərmanları gətirir, amma bunu görmürük”, - o deyib.

Son xəbərlər

Orphus sistemi