Əhliman Əmiraslanov: "Azərbaycanda orqan transplantasiyasının yüksək səviyyədə olmaması qanundakı boşluqlardan qaynaqlanır"

Əhliman Əmiraslanov: "Azərbaycanda orqan transplantasiyasının yüksək səviyyədə olmaması qanundakı boşluqlardan qaynaqlanır" Bakı. 5 iyun. REPORT.AZ/ “Orqan və toxumaların transplantasiyası çox geniş yayılıb. Dünyada ildə, təxminən, 300 min orqan və toxumanın transplantasiyası həyata keçirilir. Azərbaycanda orqan transplantasiyasının yüksək səviyyədə olmaması ilə bağlı müraciətlər daxil olur. İnsanlar bu sahədəki problemlərdən narahatlıqlarını bildirirlər”.
Milli Məclis
5 İyun , 2018 12:11
Əhliman Əmiraslanov: Azərbaycanda orqan transplantasiyasının yüksək səviyyədə olmaması qanundakı boşluqlardan qaynaqlanır
Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 5 iyun. REPORT.AZ/ “Orqan və toxumaların transplantasiyası çox geniş yayılıb. Dünyada ildə, təxminən, 300 min orqan və toxumanın transplantasiyası həyata keçirilir. Azərbaycanda orqan transplantasiyasının yüksək səviyyədə olmaması ilə bağlı müraciətlər daxil olur. İnsanlar bu sahədəki problemlərdən narahatlıqlarını bildirirlər”.

“Report”un məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, bunun bir sıra səbəbləri var: “Biz bu səbəbləri araşdırırıq. Bu həm də qanunda olan boşluqlarla əlaqədardır. Belə bir problem bütün dünyada mövcuddur. ABŞ-da ildə 10 min böyrək, 4 min qaraciyər, 2 min ürək transplantasiya edilirsə, buna ehtiyac iki dəfə artıqdır”.

Son xəbərlər

Orphus sistemi