Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov 62 saylı Saatlı seçki dairəsindən namizədliyini irəli sürüb. “Report”un xəbərinə görə, bu barədə Şura sədri özü məlumat verib.
O, Milli Məclisin deputatı olmağa iddialı olduğunu bildirib: “Azərbaycanın demək olar, bütün rayonlarında dəfələrlə olmuşam. Ölkəmizin hər yeri mənim üçün əzizdir. Bir neçə dairəni nəzərdən keçirdim. Yekunda 62 saylı Saatlı seçki dairəsinin üzərində dayandım. Burada da seçkiqabağı təbliğat işini düzgün qurmaq üçün mənə dəstəyini əsirgəməyəcək çoxlu dostlarım var. Seçki rəqabətdir. Parlament seçkisi isə böyük rəqabət meydanıdır. Hər bir namizəd çalışacaq ki, özünün daha faydalı olduğunu göstərsin. Çox çətin olacaq. Amma inanıram ki, 62 saylı Saatlı seçki dairəsində uğur qazana bilərəm. Artıq bunun üçün ilk addımlaımı atmışam. Gərgin işlərə başlamışam. Məni dəstəkləyəcək hər kəsə öncədən təşəkkürümü bildirirəm”.