Əflatun Amaşov: "Bir sıra hallarda qurumlar Hesablama Palatasının təkliflərini nəzərə almır"

Əflatun Amaşov: "Bir sıra hallarda qurumlar Hesablama Palatasının təkliflərini nəzərə almır" “Bizim üçün vacib olan maliyyə nəzarətidir. Azərbaycanda maliyyə şokları yaşanmamalıdır. Bilirsiniz ki, bir müddət öncə, Beynəlxalq Bank məsələsində bunun şahidi olduq”.
Milli Məclis
9 aprel 2019 08:49
Əflatun Amaşov: Bir sıra hallarda qurumlar Hesablama Palatasının təkliflərini nəzərə almır
Report

“Bizim üçün vacib olan maliyyə nəzarətidir. Azərbaycanda maliyyə şokları yaşanmamalıdır. Bilirsiniz ki, bir müddət öncə, Beynəlxalq Bank məsələsində bunun şahidi olduq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti haqqında hesabat müzakirəsi zamanı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O qeyd edib ki, bir sıra hallarda Hesablama Palatasının təklifləri aidiyyatı qurumlar tərəfindən nəzərə alınmır: "Belə olsaydı, bu cür hallar hesabata daxil olunmazdı. Bu da məsuliyyət hissi ilə bağlıdır. Necə edək ki, bu məsuliyyətsizlik aradan qaldırılsın? Onlar hesabatda göstərilən səhvlərini təkrarlamamalıdırlar. Bunu etməsək, inanmıram ki, Hesablama Palatası təklifləri, araşdırmaları öz faydasına verə biləcək”.

Son xəbərlər

Orphus sistemi