Əflatun Amaşov: "Azərbaycanda "Naxçıvan" adında 20-dən çox qəzet vardı"

Əflatun Amaşov: "Azərbaycanda "Naxçıvan" adında 20-dən çox qəzet vardı" "Bir misal da çəkim ki, əvvəl Naxçıvan adında 20-dən çox qəzet vardı. Artıq yeni layihədə bunların qarşısının alınması nəzərdə tutulur. Qanunun əsas mahiyyəti reyestrin yaradılmasının qabarıq formada göstərilməsidir”.
Milli Məclis
10 Dekabr , 2021 12:01
Əflatun Amaşov: Azərbaycanda Naxçıvan adında 20-dən çox qəzet vardı

“Bir misal da çəkim ki, əvvəl “Naxçıvan” adında 20-dən çox qəzet vardı. Yeni qanun layihəsində bunların qarşısının alınması nəzərdə tutulur. Qanunun əsas mahiyyəti reyestrin yaradılmasının qabarıq formada göstərilməsidir”.

“Report” xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu gün rəsmi statistikaya görə ölkədə 6000-ə yaxın KİV fəaliyyət göstərir: "Dəqiq araşdırma isə göstərir ki, bu rəqəm 8000-dir. Ayrı-ayrı insanlar özləri üçün sayt və qəzet açıb ayda bir dəfə xəbər yayırlar. Həmin qəzetləri də qoltuğuna vurub qapı-qapı gəzirlər. Reyestrin yaradılması bu kimi halların qarşısını almış olacaq. Digər mühüm məqam vəsiqələrin verilməsi ilə bağlıdır. Bu gün Azərbaycanda cibində jurnalist vəsiqəsi gəzdirən 25 mindən çox şəxs var. Yeni qanun qəbul olunandan sonra vəsiqələrin sayı heç 2000-dən çox olmayacaq”.

Son xəbərlər

Orphus sistemi