Əli Hüseynli: "Dövlət qurumları istedadlı gəncləri işə dəvət etməkdə maraqlı olmalıdır"

Əli Hüseynli: "Dövlət qurumları istedadlı gəncləri işə dəvət etməkdə maraqlı olmalıdır" Dövlət qurumları istedadlı gəncləri işə dəvət etməkdə maraqlı olmalıdırlar.
Milli Məclis
11 Aprel , 2019 14:11
Əli Hüseynli: Dövlət qurumları istedadlı gəncləri işə dəvət etməkdə maraqlı olmalıdır

"Dövlət qurumları istedadlı gəncləri işə dəvət etməkdə maraqlı olmalıdırlar".

“Report” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Əli Hüseynli deyib.

Onun sözlərinə görə, Azərbaycan dövlətçiliyinin qısa və zəngin tarixində tələbə qəbulu prosesinin şəffaflığından gənclərin dövlətə inamı başlayıb: "Müxtəlif dövrlərdə idarəetmədə, müxtəlif sahələrdə neqativ hallara qarşı mübarizədə metodlar tətbiq olunub. Məhz tələbə qəbulu prosesinin şəffaflığı uzun illərdir davam edir. Sözsüz ki, burada Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin də yanaşması və rolu olub. İndi isə bu proses bütün sahələri əhatə edir. Bütün sahələrdə işə qəbul test üsulu ilə həyata keçirilir və şəffaflıq təmin olunur”.

“Dövlət qulluğunda yüzlərlə vakant işlər mövcuddur, eyni zamanda yüzlərlə gənc mütəxəssis iş axtarır. Çox maraqlıdır. Rəqəmin bu qədər böyük olduğunu təsəvvür edə bilməzdim. 2006-cı ildə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan parlamentinin nümayəndə heyəti ABŞ-da səfərdə idi. Mehriban Əliyeva orada təhsil alan azərbaycanlı gənclərlə görüş keçirdi, onlara dedi ki, ölkəyə qayıdın, işlə təmin olunacaqsınız. Həmin tələbələrin böyük əksəriyyəti bildirdi ki, ölkəyə gəlirik, amma iş tapa bilməyib geri qayıdırıq. Mehriban xanımın belə ideyası oldu ki, xüsusi bir bank, kadr reyesteri yaradılsın”, - deputat deyib.

Son xəbərlər

Orphus sistemi