MM Dövlət Komitəsi sədrinin illik hesabatını qəbul edib - YENİLƏNİB

MM Dövlət Komitəsi sədrinin illik hesabatını qəbul edib - YENİLƏNİB Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı dinlənilir.
Milli Məclis
20 Dekabr , 2022 12:48
MM Dövlət Komitəsi sədrinin illik hesabatını qəbul edib - YENİLƏNİB

Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı qəbul edilib.

“Report”un məlumatına görə, illik məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.

Deputatların müzakirələrindən sonra illik məlumat səsverməyə qoyularaq qəbul olunub.

11:37

Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı dinlənilir.

“Report”un məlumatına görə, illik məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edir.

B.Muradova bildirib ki, ölkədə gender bərabərliyinin təmin edilməsinə yönəlik bir sıra mühüm addımlar atılıb:

“Regionlarda uşaq ailə dəstək mərkəzləri diqqət mərkəzində saxlanılıb. Ötən il bələdiyyələrdə gender komissiyalarının nümayəndələri üçün müxtəlif təlimlər təşkil edilib. Beynəlxalq və yerli tərəfdaşlarla birgə bir çox layihələr həyata keçirilib”.

Onun sözlərinə görə, ötən il ərzində komitəyə daxil olan vətəndaş müraciətləri onu deməyə əsas verir ki, ölkə ərazisində məişət zorakılığı halları üstünlük təşkil edir:

“Qadınlara qarşı zorakılıq faktları ilə bağlı ötən il 2 197 cinayət qeydə alınıb ki, bunun da 20 %-i məhz qısqanclıq və ailə münaqişəsi zəminində baş verib. Dünyada da bu sahədə artım müşahidə edilir”.

Dövlət Komitəsinin sədri söyləyib ki, hesabat dövründə məcbur nikaha cəlblə bağlı 1 cinayət faktı qeydə alınıb. Erkən nikahla bağlı isə 6 cinayət işi başlanılıb. 18 yaşadək qadınlar tərəfindən doğulan körpə sayı ilə bağlı yüksək göstərici Aran iqtisadi rayonları üzrə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi