Diplomatik korrespondensiyanın daşınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək

Diplomatik korrespondensiyanın daşınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək Diplomatik korrespondensiyanın daşınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
Milli Məclis
19 fevral 2025 08:01
Diplomatik korrespondensiyanın daşınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək

Diplomatik korrespondensiyanın daşınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

“Report” xəbər verir ki, bununla bağlı “Feldyeger rabitəsi haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, qanun layihəsində iki dəyişiklik (mahiyyətcə və texniki xarakterli) təklif edilir.

Yeni məzmunda təklif olunan 3.2-ci maddə ilə müvafiq icra hakimiyyəti orqanı diplomatik korrespondensiyanın daşınması qaydasını müəyyən edən orqan kimi təsbit edilir. İkinci dəyişiklik isə qanunvericilik texnikası baxımından edilən dəyişiklikdir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi