Deputatlığa namizədliyin irəli sürülməsi müddəti başa çatıb

Deputatlığa namizədliyin irəli sürülməsi müddəti başa çatıb Seçkiqabağı təşviqatın aparılması oktyabrın 9-da başlayacaq
Milli Məclis
2 Oktyabr , 2015 18:00
Deputatlığa namizədliyin irəli sürülməsi müddəti başa çatıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Parlament seçkilərində deputatlığa namizədliyin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət başa çatıb.

"Report"un məlumatına görə, parlament seçkilərində deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsi müddəti bu gün saat 18:00-da bitib. 

Qanunvericiliyin tələbinə görə, nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi müddəti səsvermə gününə ən çoxu 50, ən azı isə 30 gün qalmış saat 18:00-da başa çatmalıdır.  

Beşinci çağırış Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, səsvermə gününə ən azı 20 gün qalmış - oktyabrın 12-dək deputatlığa namizədliyi qeydə alınmış şəxslərin seçki dairələri üzrə siyahısı dövri nəşrlərdə dərc ediləcək.

Seçkiqabağı təşviqatın aparılması oktyabrın 9-da başlayacaq, oktyabrın 31-də saat 08:00-da isə dayandırılacaq.

Xatırladaq ki, bu il noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi