Deputatlığa namizəd rəqibindən MSK-ya şikayət edib

Deputatlığa namizəd rəqibindən MSK-ya şikayət edib MSK məsələni baxılması üçün Dairə Seçki Komissiyasına göndərib
Milli Məclis
16 Oktyabr , 2015 12:36
Deputatlığa namizəd rəqibindən MSK-ya şikayət edib

Bakı. 16 oktyabr. REPORT.AZ/ 60 saylı Salyan-Neftçala Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Mais Səlimov rəqibi olan Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayevlə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət edib.

“Report”un məlumatına görə, M.Səlimov şikayətində İ.Ağayevin seçki qabağı qanunsuz təşviqat apardığını nəzərə çatdırıb. 

MSK məsələni baxılması üçün DSK-ya göndərib.

Son xəbərlər

Orphus sistemi